bookmate game
Mişel Monten

Ləyaqətlə yaşamaq qabiliyyəti haqqında

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Kitabda Renesans dövrü qabaqcıl fransız mədəniyyə­ti­nin humanist və azadlıqsevərlik ideyaları öz par­laq əksini tapmışdır. Bədii-fəlsəfi janrda yazılan bu əsər­də Monten keçmişin və yaşadığı dövrün tarixi faktları ilə bağlı düşüncələrini və müəyyən ictimai mövqeyə məxsus olan insanlarla bağlı apardığı müşahidələri oxucularla bölüşür. Cəhalətə, dini fanatizmə qarşı çıxan yazıçı dövrünün bir sıra qayda-qanunlarını çox səmimi bir dillə tənqid edir. Skeptisizm, zərif fransız yumoru, həqiqilik əsərin diqqətçəkən məziyyətlərindəndir.

Böyük fransız yazıçısı və filosofu Mişel Monten 28 fevral 1533-ci ildə anadan olub. Bir zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edir, “de Monten” zadəgan tituluna layiq görülür. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan yəhudi ailəsindən idi.
Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alır. 1572-ci ildə 38 yaşında ikən üç kitabdan ibarət “Təcrübələr” əsərini yazmağa başlayır. İlk iki kitab 1580-ci ildə işıq üzü görür. 1580–1581-ci illərdə yazıçı İsveçrə, Almaniya, Avstriya və İtaliyaya səyahətə çıxır. Səyahət zamanı qələmə aldığı “Yol” qeydləri yalnız 1774-cü ildə çap olunur. Mişel Monten iki dəfə Bordonun meri seçilir. Esse yaradıcısı sayılan yazıçı 13 sentyabr 1592-ci ildə vəfat edir.
This book is currently unavailable
110 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Əyyub Mamedovshared an impression6 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile

    Təqdirəlaiq bir kitabdır.

  • Elşən Seyfullayevshared an impression2 years ago
    👍Worth reading

  • Pusta Kerimovashared an impression4 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    🎯Worthwhile

Quotes

  • b5100845609has quoted8 years ago
    Qanuna əsaslanan adətlərə görə məhkəmədə vəzifələrin satıldığı,20 məhkəmə qərarının pul kisəsi ilə alındığı bir mühitdə yaşayan xalqı görməkdən daha əcaib heç nə ola bilməz
  • Pusta Kerimovahas quoted4 years ago
    Xəstəliklərdən ən şiddətlisi – öz təbiətimizə qarşı nifrətdir...
  • Pusta Kerimovahas quoted4 years ago
    əgər hədəfə çatmaq mümkün deyilsə, deməli, o, məqsəd olaraq qarşıya düzgün qoyulmayıb.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)